RU

Müayinə üçün Romaya gedən keçmiş partiya sədri: “Azərbaycan səhiyyəsinə etibar edirəm, hətta qürur duyuram”

Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti hazırda qənaətbəxşdir.

 

Bu barədə Pravda.az-a danışan R.Qurbanov bildirib ki, hazırda özünü yaxşı hiss edir.

 

“Romaya profilaktik müayinə olunmaq üçün getmişdim, artıq qayıtmışam, Azərbaycandayam. 2022-ci ildə Bakıda Mərkəzi Klinikada məhşur kardio-cərrah  Kamran Musayev tərəfindən açıq ürək əməliyyatı olunmuşam. Əməliyyat çox uğurlu keçib, demək olar ki, ürəyimdə əvvəl olan qüsurdan bu gün heç bir əsər-əlamət qalmayıb. Azərbaycanda tibb sahəsində yetərincə görkəmli, dünya şöhrətli  tanınmış həkimlərimiz var və Azərbaycan vətəndaşları öz sağlamlıqlarını onlara etibar edə bilərlər. Mən nəinki Azərbaycan səhiyyəsinə etibar edirəm, hətta qürur duyuram!” - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 Yanvar 2026, 12:20   
Избранный
28
pravda.az

1Источники