Bakı. Trend:
2025-ci ildə Azərbaycan 8,8 milyard ABŞ dolları dəyərində 25,2milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 413 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımındanisə 585 milyon kubmetr və ya 2,3% azdır.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyatakeçirib.
Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları vəya 3,8% artıb.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixrac,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son il ərzindəixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azaldığı halda, idxal3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.
Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbətsaldo yaranıb ki, bu da keçən ilki göstərici ilə müqayisədə 4,833milyard ABŞ dolları və ya 8,3 dəfə azdır.
Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları vəya 3,8% artıb.