AZ

Ötən il Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlirlərin həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycan 1,231 milyard kilovatt-saat elektrikenerjisi ixrac edib.

Bu barədə Trend-əDövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, elektrik enerjisinin ixracından əldə olunan gəlir70,1 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracıhəcm ifadəsindən 522 milyon kilovatt-saat və ya 29,8%, dəyərifadəsində isə 24 milyon ABŞ dolları və ya 25,5% azalıb.

2025-ci ildə elektrik enerjisin ixracının qeyri-neftsektorundakı payı 1,93% təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyatakeçirib.

Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları vəya 3,8% artıb.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixrac,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son il ərzindəixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azaldığı halda, idxal3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.

Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbətsaldo yaranıb ki, bu da keçən ilki göstərici ilə müqayisədə 4,833milyard ABŞ dolları və ya 8,3 dəfə azdır.

Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları vəya 3,8% artıb.

Məqalədə:
Seçilən
1
1
az.trend.az

3Mənbələr