Bakı.Trend:
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend-əAzərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.
Eyni zamanda hesabat dövründə Azərbaycandan 735,8 min ton xamneft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlusüxurlardan əldə edilən neft və neft məhsulları, həmçinintərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsullarıolan məhsullar ixrac edilib.
2024-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 97 milyonABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9%artıb.
Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracındapayı 1,72% təşkil edib.
.