AZ

Azərbaycanın 2025-ci ildə ixrac etdiyi neftin ümumi həcmi açıqlandı

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Eyni zamanda hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib.

2024-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artıb.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 1,72% təşkil edib.

Seçilən
1
1
kommersant.az

2Mənbələr