Xalq artisti Arif Babayev üçün büst hazırlanacaq.
Bu barədə APA-ya mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq”, – deyə o bildirib.
Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.
Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.