AZ

Arif Babayevin qəbirüstü abidəsiHAZIRLANACAQ

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.

“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanılmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq”, – o bildirib.

Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.

Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.

Seçilən
87
13
redaktor.az

10Mənbələr