AZ

Prezident İlham Əliyev: Nə faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük

Davos. Trend:

Təəssüflər olsun ki, nə faydalı qazıntı enerji növlərinə, nə dəbərpaolunan enerjiyə biz Avropadan əhəmiyyətli sərmayə qoyuluşunugörmürük.

Trend xəbər verir ki, bunuAzərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadiForumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi iləsəhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznesnümayəndələrinin suallarının cavabında deyib.

Bərpaolunan enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarınınBƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və Azərbaycandanolan şirkətlər olduğunu qeyd edən dövlətimizin başçısı deyib:“Faydalı qazıntı növlərinə gəldikdə, ənənəvi olaraq ABŞ vəBritaniya şirkətləri bu sahəyə maraq göstərib. bp və AMOCOşirkətlərinin birləşməsindən sonra bu, artıq Britaniya şirkətihesab olunur. Yəni çox az Avropa şirkəti var - biri Fransaşirkətidir, digəri isə başqa ölkədən. Səmimi desək, biz Avropaşirkətlərindən sərmayə qoyuluşu ilə bağlı böyük maraqgörmürük”.

Seçilən
65
15
az.trend.az

10Mənbələr