AZ

Prezident: Nə faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük

Təəssüflər olsun ki, nə faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə biz Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Bərpaolunan enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarının BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və Azərbaycandan olan şirkətlər olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Faydalı qazıntı növlərinə gəldikdə, ənənəvi olaraq ABŞ və Britaniya şirkətləri bu sahəyə maraq göstərib. bp və AMOCO şirkətlərinin birləşməsindən sonra bu, artıq Britaniya şirkəti hesab olunur. Yəni çox az Avropa şirkəti var - biri Fransa şirkətidir, digəri isə başqa ölkədən. Səmimi desək, biz Avropa şirkətlərindən sərmayə qoyuluşu ilə bağlı böyük maraq görmürük".

Seçilən
51
15
far.az

10Mənbələr