AZ

Çinin Londonda “super səfirlik” layihəsi təsdiqləndi » AzadMedia.az

Çinin

Böyük Britaniyada Çin Xalq Respublikasının yeni səfirliyinin tikintisinə rəsmi icazə verilib. Yeni diplomatik kompleks Londonun tarixi Royal Mint ərazisində inşa olunacaq. Bu ərazi şəhərin maliyyə mərkəzinə bitişikdir və demək olar ki, London Qalasına (Tower of London) baxır.
Məsələ Böyük Britaniyada ciddi müzakirələrə səbəb olub. Yerli sakinlər, təhlükəsizlik üzrə ekspertlər və bəzi siyasətçilər layihəni “super səfirlik” adlandıraraq onun ölçüsü və yerləşdiyi strateji mövqeyə görə narahatlıqlarını ifadə edirlər.
Sky News-un müxbiri Rob Pauellin bildirdiyinə görə, əsas narazılıqlar:
səfirliyin həddindən artıq böyük olması,
həssas və strateji əhəmiyyətli ərazidə yerləşməsi,
təhlükəsizlik və nəzarət riskləri ilə bağlıdır.

Rəsmi London isə layihənin mövcud qanunvericiliyə uyğun təsdiqləndiyini və diplomatik missiyaların yerləşdirilməsi ilə bağlı beynəlxalq normalara zidd olmadığını bildirir.
Qeyd edək ki, Royal Mint ərazisi tarixi baxımdan Böyük Britaniya üçün mühüm məkanlardan biri hesab olunur. Yeni səfirlik layihəsi Çin–Böyük Britaniya münasibətləri fonunda həm siyasi, həm də ictimai baxımdan diqqət mərkəzində qalmaqda davam edir.

Seçilən
96
1
azadmedia.az

2Mənbələr