AZ

“Barselona” ÇL oyununa itkilərlə çıxacaq

style='margin-bottom:10px;'>

“Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Praqa “Slaviya”sı ilə oyunu itkilərlə çıxacaq.

QOL.az xəbər verir ki, bu barədə klubun X sosial şəbəkəsində məlumat paylaşılıb.

Rafinya həkimlərdən oynamaq üçün icazə alıb. Ferran Torres isə sağ ayağının yarımvətər (semimembranosus) əzələsindən zədə aldığı üçün matçda iştirak etməyəcək. Onun təxminən 10 gün bərpa prosesi keçəcəyi qeyd olunub.

Rafinya La Liqanın 20-ci turunda “Real Sosyedad”la oyunu sağ bud nahiyəsindən aldığı zədə səbəbindən buraxmışdı. Həmin qarşılaşmada katalonlar 1:2 hesabı ilə məğlub olmuşdu.

Bu mövsümdə braziliyalı cinah hücumçusu “Barselona”nın heyətində 18 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib. Torres isə 27 oyuna 15 qol vurub, 1 qol ötürməsi edib.

Qeyd edək ki, sabah gecə keçiriləcək "Slaviya" - "Barselona" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
136
1
teleqraf.com

2Mənbələr