AZ

“Barselona” ÇL oyununa itkilərlə çıxacaq

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Barselona” ÇL oyununa itkilərlə çıxacaq

“Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Praqa “Slaviya”sı ilə oyunu itkilərlə çıxacaq.

QOL.az xəbər verir ki, bu barədə klubun X sosial şəbəkəsində məlumat paylaşılıb.

Rafinya və Ferran Torres  bu görüşü buraxacaq. Rafinya La Liqanın 20-ci turunda “Real Sosyedad”la oyunu sağ bud nahiyəsindən aldığı zədə səbəbindən buraxmışdı. 

Torres sağ ayağının yarımvətər (semimembranosus) əzələsindən zədə aldığı üçün matçda iştirak etməyəcək. Onun təxminən 10 gün bərpa prosesi keçəcəyi qeyd olunub.

Bu mövsümdə braziliyalı cinah hücumçusu “Barselona”nın heyətində 18 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib. Torres isə 27 oyuna 15 qol vurub, 1 qol ötürməsi edib.

Qeyd edək ki, sabah gecə keçiriləcək "Slaviya" - "Barselona" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
qol.az

2Mənbələr