AZ

Bu rayonda nə başçı var, nə müavin -

Bakının Nəsimi rayonunda icra hakimiyyətinin başçısı və başçının müavini vəzifələri vakantdır. Metbuat.az-ın məlumatına görə, ötən il noyabrın 12-də prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimov 47 gün sonra - 2025-ci il dekabrın 29-da tutduğu vəzifədən azad olunub. Fotoda: Elxan İbrahimov
Qeyd edək ki, icra başçısının müavini Ramiz Quliyev isə bu sərəncamdan iki gün əvvəl postu ilə vidalaşıb. O, Elxan İbrahimovun ötən il dekabrın 27-də imzaladığı müvafiq əmrlə işdən çıxarılıb. Fotoda: Elxan İbrahimovMətbuatda sabiq icra başçısı Elxan İbrahimovun rayon ərazisində fəaliyyət göstərən iş adamlarından külli miqdarda rüşvət tələb etdiyi üçün postundan uzaqlaşdırıldığına dair iddialar yer alıb.

Səbinə Hüseynova / Metbuat.az

Seçilən
154
6
metbuat.az

7Mənbələr