Bakının Nəsimi rayonunda icra hakimiyyətinin başçısı və başçının müavini vəzifələri vakantdır.
Publika.az xəbər verir ki, ötən il noyabrın 12-də prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimov 47 gün sonra - 2025-ci il dekabrın 29-da tutduğu vəzifədən azad olunub.
Fotoda: Elxan İbrahimov

Qeyd edək ki, icra başçısının müavini Ramiz Quliyev isə bu sərəncamdan iki gün əvvəl postu ilə vidalaşıb. O, Elxan İbrahimovun ötən il dekabrın 27-də imzaladığı müvafiq əmrlə işdən çıxarılıb.