Türkiyə Superliqasının 18-ci turunda “Beşiktaş” “Kayserispor”u qəbul edib.
İdman.Biz xəbər verir ki, oyunda “qara qartallar” 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu 90+5-ci dəqiqədə El Bilal Ture vurub.
Bu qələbə sayəsində “Beşiktaş” xallarının sayını 32-yə çatdırıb. Komanda hazırda beşinci yerdədir.
Turun digər oyununda “Göztepe” “Rizespor”la qarşılaşıb. Görüş birincilərin qələbəsi ilə bitib – 3:1.
“Konyaspor” – “Eyüpspor” matçında isə qalib müəyyənləşməyib – 1:1.