AZ

“Beşiktaş” artırılmış vaxtda vurulan qolla qalib gəlib - VİDEO

Türkiyə Superliqasının 18-ci turunda “Beşiktaş” “Kayserispor”u qəbul edib.

İdman.Biz xəbər verir ki, oyunda “qara qartallar” 1:0 hesabı ilə qalib gəliblər.

Yeganə qolu 90+5-ci dəqiqədə El Bilal Ture vurub.

Bu qələbə sayəsində “Beşiktaş” xallarının sayını 32-yə çatdırıb. Komanda hazırda beşinci yerdədir.

Turun digər oyununda “Göztepe” “Rizespor”la qarşılaşıb. Görüş birincilərin qələbəsi ilə bitib – 3:1.

“Konyaspor” – “Eyüpspor” matçında isə qalib müəyyənləşməyib – 1:1.

İdman.Biz
Seçilən
41
idman.biz

1Mənbələr