Koreya yarımadasındakı gərginlikdən sonra Cənubi Koreya hərbi fəaliyyətini intensivləşdirib. Metbuat.az xəbər verir ki, Şimali Koreyanın artan nüvə təhdidlərinə cavab olaraq Cənubi Koreya dünyanın ən güclü silahlarından olan “Hyunmoo-5” ballistik raketini irəli sürüb. Bildirilir ki, Seul administrasiyası bunker partlatma qabiliyyəti ilə tanınan və 8 tona qədər ağırlığında ənənəvi döyüş başlığı daşıya bilən yeni nəsil ballistik raketləri yerləşdirməyə başlayıb. Cənubi Koreyanın hərbi rəsmilərinın məlumatına görə, “Hyunmoo-5” yer-yer ballistik raketinin əsas missiyası Şimali Koreyanın dərin yeraltı tunellərİNdə gizlənmiş nüvə obyektlərini və komanda mərkəzlərini məhv etməkdir. Qeyd edək ki, ən güclü qeyri-nüvə silahlarından biri kimi seçilən “Hyunmoo-5” nəhəng döyüş başlığı ilə yeraltına nüfuz etmək qabiliyyətinə malikdir. Hərbi ekspertlər raketin 8 tonluq partlayıcı gücü ilə bir ərazini xəritədən tamamilə silməyə qadir olan zərbə qüvvəsi yaratdığını qeyd edirlər.