AZ

8 tonluq raketləri qonşu ölkəyə tuşladılar

Koreya yarımadasındakı gərginlikdən sonra Cənubi Koreya hərbi fəaliyyətini intensivləşdirib. Metbuat.az xəbər verir ki, Şimali Koreyanın artan nüvə təhdidlərinə cavab olaraq Cənubi Koreya dünyanın ən güclü silahlarından olan “Hyunmoo-5” ballistik raketini irəli sürüb. Bildirilir ki, Seul administrasiyası bunker partlatma qabiliyyəti ilə tanınan və 8 tona qədər ağırlığında ənənəvi döyüş başlığı daşıya bilən yeni nəsil ballistik raketləri yerləşdirməyə başlayıb. Cənubi Koreyanın hərbi rəsmilərinın məlumatına görə, “Hyunmoo-5” yer-yer ballistik raketinin əsas missiyası Şimali Koreyanın dərin yeraltı tunellərİNdə gizlənmiş nüvə obyektlərini və komanda mərkəzlərini məhv etməkdir.

Qeyd edək ki, ən güclü qeyri-nüvə silahlarından biri kimi seçilən “Hyunmoo-5” nəhəng döyüş başlığı ilə yeraltına nüfuz etmək qabiliyyətinə malikdir. Hərbi ekspertlər raketin 8 tonluq partlayıcı gücü ilə bir ərazini xəritədən tamamilə silməyə qadir olan zərbə qüvvəsi yaratdığını qeyd edirlər.

Seçilən
68
metbuat.az

1Mənbələr