AZ

Müştərilərə təklif olunan ucuz xidmət salonda baha başa gəldiVİDEO

Müştərilərə təklif olunan ucuz xidmət salonda baha başa gəldi.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən şikayətçi Fəridə Məhərrəmova belə iddia edir.

Onun sözlərinə görə, sosial şəbəkədə qarşılaşdığı elanın izi ilə gözəllik salonuna gedib ki, münasib qiymətə olan xidmətdən istifadə etsin. Amma ora yaxınlaşanda ona həmin qiymət söylənməyib.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaş digər şəxslərin də analoji halla qarşılaşdığını iddia edir.

İddialara aydınlıq gətirmək üçün gözəllik salonunun administratoru ilə əlaqə saxladıq. Ad-soyadının çəkilməyini istəməyən şəxs iddiaları təkzib edərək dedi ki, şikayətçi şəxs sözügedən prosedurun endirimli növündən istifadə etməyib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, hesablaşmalar obyektdə yerləşdirilmiş qiymət cədvəllərində göstərilən məbləğə uyğun aparılmalıdır. Vətəndaşlar fərqli məbləğ tələb edən hansısa xidmət sektorundan nazarı qalarsa və bu təsdiqini taparsa, həmin müəssisə cərimələnir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
161
2
xezerxeber.az

3Mənbələr