Bakı. Trend:
Paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5avtomobildən maqnitofon oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,hadisələrzamanı zərərçəkənlərə ümumilikdə 2144 manat maddi ziyanvurulub.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləəməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.