AZ

Avtomobillərdən maqnitofon oğurlayan şəxs SAXLANILDI

Paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

Seçilən
67
12
bizim.media

10Mənbələr