AZ

NASA Aya göndəriləcək pilotlu kosmik gəminin hazırlığının ilk mərhələsini yekunlaşdırıb

Bakı.Trend:

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA)“Artemida” proqramı çərçivəsində ilk pilotlu Ay missiyası üçünOrion kosmik gəmisi və onu daşıyan SLS ağır raket-daşıyıcısınınhazırlıq işlərini tamamlayıb.

Trend xəbər verirki, bu barədə agentlik “X” səhifəsində məlumat yayıb.

““Artemida 2” missiyasının buraxılışına cəmi bir neçə həftəqalır. Bu missiya çərçivəsində biz astronavtları Ay ətrafında uçuşagöndərəcəyik - indiyədək kimi istənilən ekipaj üçün əlçatmaz olmuşuzaqlığa”,- paylaşımda qeyd olunur.

NASA-da bildirilib ki, dörd astronavt sistemlərin yoxlanılmasıməqsədilə Ay ətrafında on günlük uçuş həyata keçirəcək. Bu sınaqlargələcəkdə insanların “Artemida 3” missiyası çərçivəsində Ay səthinəqayıdışını təmin edəcək texnologiyaların etibarlılığınıqiymətləndirməyə imkan verəcək.

Məqalədə:
Seçilən
100
7
az.trend.az

8Mənbələr