Olaylar.az xəbər verir ki, bu barədə agentlik "X" səhifəsində məlumat yayıb.
""Artemida 2" missiyasının buraxılışına cəmi bir neçə həftə qalır. Bu missiya çərçivəsində biz astronavtları Ay ətrafında uçuşa göndərəcəyik - indiyədək kimi istənilən ekipaj üçün əlçatmaz olmuş uzaqlığa",- paylaşımda qeyd olunur.
NASA-da bildirilib ki, dörd astronavt sistemlərin yoxlanılması məqsədilə Ay ətrafında on günlük uçuş həyata keçirəcək. Bu sınaqlar gələcəkdə insanların "Artemida 3" missiyası çərçivəsində Ay səthinə qayıdışını təmin edəcək texnologiyaların etibarlılığını qiymətləndirməyə imkan verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31