AZ

Avropa Putinlə bağlı yenidən fikir ayrılığına düşdü: Bu ölkə razılaşmır

Avropa Rusiya ilə yenidən əlaqə qurmağa çalışır, lakin Böyük Britaniya müqavimət göstərir. Bu isə Qərb koalisiyası daxilində diplomatik uçuruma səbəb olur.

Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr yazıb ki, Avropa hakimiyyəti Rusiya ilə münasibətlər və Vladimir Putinlə danışıqlar barədə bir daha razılığa gələ bilməyib. Aİ-nin əksəriyyəti dialoqa başlamağın vacibliyini vurğulasa da, London Rusiya liderinə nə deyəcəyini bilmir.

Məlumata görə, Böyük Britaniya Fransa və İtaliya ilə Avropanın Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqları bərpa edib-etməməsi məsələsində razılığa gələ bilməyib.

Cümə axşamı günü Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Paris və Romanın Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə diplomatik əlaqələri bərpa etmək təkliflərini rədd edib.

Seçilən
247
50
publika.az

10Mənbələr