PSJ "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandezi transfer etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, "ESPN"in məlumatına görə, Paris klubu Enzo Mareska ilə yolların ayrılmasından sonra London təmsilçisində yaranan gərgin vəziyyətdən yararlanmaq niyyətindədir. Lakin PSJ-nin argentinalı dünya çempionunu cari qış transfer pəncərəsində deyil, daha sonrakı dövrdə heyətinə qatmağı hədəflədiyi bildirilir.
Qeyd edək ki, Fernandes cari mövsümdə bütün turnirlərdə 30 qarşılaşmada meydana çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, futbolçunun "zadəganlar"la müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.