AZ

"PSJ" "Çelsi"nin yarımmüdafiəçisini almaq istəyir

Bakı. Trend:

"PSJ" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandezi transferetməyi planlaşdırır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Paris klubu Enzo Mareska iləyolların ayrılmasından sonra London təmsilçisində yaranan gərginvəziyyətdən yararlanmaq niyyətindədir.

Lakin "PSJ"nin argentinalı futbolçunu cari qış transferpəncərəsində deyil, daha sonrakı dövrdə heyətinə qatmağıhədəflədiyi bildirilir.

Qeyd edək ki, Fernandes cari mövsümdə bütün turnirlərdə 30qarşılaşmada meydana çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yaddaqalıb. Onun "zadəganlar"la müqaviləsi 2032-ci ilin yayına qədərqüvvədədir.

Məqalədə:
Seçilən
57
6
az.trend.az

7Mənbələr