BAKI, 15 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranda baş verən prosesləri diqqətlə izləyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ evdə jurnalistlərlə söhbət zamanı deyib.
Trampın sözlərinə görə, ABŞ-nin etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, İranda etirazçılar arasında ölüm halları artıq qeydə alınmır.
“Bizə bildirilib ki, İranda qətllər \artıq dayanıb. Ölüm cəzasının tətbiqi də planlaşdırılmır”, - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton vəziyyətlə bağlı məlumatları izləməyə davam edəcək.
“Əgər bu yenidən baş verərsə, biz bundan çox məyus olarıq”, - Tramp qeyd edib.