"Aston Villa"nın hücumçusu Doniell Malen karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Roma" niderlandlı futbolçunun keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Canavarlar" Maleni məcburi satınalma bəndi ilə mövsümün sonunadək icarəyə götürüb. "Roma" İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək. Satınalma məbləği isə 25 milyon avrodur.
Qeyd edək ki, "Aston Villa" Doniell Maleni 2025-ci ilin yanvar ayında "Borussiya"dan 25 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Traktor”un sabiq futbolçusu etirazlar zamanı öldürülüb
Konte 2 oyunluq diskvalifikasiya edilib
Premyer Liqa klubu "Fənərbaxça"ya rəsmi təklif göndərib
"Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif
"Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb