AZ

Premyer Liqadan A Seriyasına

Apasport saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Aston Villa”nın hücumçusu Doniell Malen karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Apasport.az xəbər verir ki, Niderland millisinin üzvü olan futbolçunun transferini “Roma” klubu reallaşdırıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“Canavarlar” Maleni mövsümün sonuna qədər məcburi satınalma şərti ilə icarəyə götürüb.

Razılaşmaya əsasən, “Roma” İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək. Futbolçunun transfer hüququnun tam alınması üçün nəzərdə tutulan məbləğ isə 25 milyon avrodur.

Qeyd edək ki, “Aston Villa” Doniell Maleni 2025-ci ilin yanvar ayında Dortmund “Borussiya”sından 25 milyon avroya transfer edib. Hücumçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində çıxdığı 29 rəsmi matçda 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Traktor”un sabiq futbolçusu etirazlar zamanı öldürülüb

Konte 2 oyunluq diskvalifikasiya edilib

Premyer Liqa klubu "Fənərbaxça"ya rəsmi təklif göndərib

"Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif

"Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
apasport.az

3Mənbələr