Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatı (BƏT)məlumatyayıb. Bildirilib ki, bu göstərici keçən ilin səviyyəsi ilə eynidir:
"Beləliklə, ilin sonunadək təqribən 186 milyon insan işsiz qalacaq. Eyni zamanda, varlı ölkələrdə iş yerlərinin sayı 0,5%, kasıb ölkələrdə isə 3,1% artacaq. Bu onu göstərir ki, varlı ölkələrdə əhali sürətlə qocalır, əmək qabiliyyətli insanlar iş tapmaqda, yaxud öz işlərini qoruyub saxlamaqda çətinlik çəkirlər".
BƏT-in hesabatına əsasən, Avropada işsizlik səviyyəsi sabit (5,5%) qalacaq, ABŞ və Kanadada isə tədricən artacaq:
"Ümumiyyətlə, əsas problem işsizlik deyil. Dünyada təqribən 300 milyon insan gündə 3 dollardan az qazanır. Bu o deməkdir ki, onlar həddindən artıq yoxsulluq içində yaşayırlar. Afrika və Latın Amerikasının bir çox ölkəsində əhalinin əksəriyyəti kölgə iqtisadiyyatında çalışır".
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta