ain.az, Azvision saytına istinadən bildirir.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb. Bildirilib ki, bu göstərici keçən ilin səviyyəsi ilə eynidir: "Beləliklə, ilin sonunadək təqribən 186 milyon insan işsiz qalacaq. Eyni zamanda, varlı ölkələrdə iş yerlərinin sayı 0,5%, kasıb ölkələrdə isə 3,1% artacaq. Bu onu göstərir ki, varlı ölkələrdə əhali sürətlə qocalır, əmək qabiliyyətli insanlar iş tapmaqda, yaxud öz işlərini qoruyub saxlamaqda çətinlik çəkirlər". BƏT-in hesabatına əsasən, Avropada işsizlik səviyyəsi sabit (5,5%) qalacaq, ABŞ və Kanadada isə tədricən artacaq: "Ümumiyyətlə, əsas problem işsizlik deyil. Dünyada təqribən 300 milyon insan gündə 3 dollardan az qazanır. Bu o deməkdir ki, onlar həddindən artıq yoxsulluq içində yaşayırlar. Afrika və Latın Amerikasının bir çox ölkəsində əhalinin əksəriyyəti kölgə iqtisadiyyatında çalışır". Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.