AZ

Nazir: İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərdən 7 min 800-dən çox şəxsin məşğulluğu təmin olunub

Bakı, 14 yanvar, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 7 min 800-dən çox şəxsin məşğulluğu təmin olunub.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali üzrə 700-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib.

“Bu gün ölkəmizdə mövcud olan bütün aktiv məşğulluq tədbirlərini işğaldan azad edilmiş ərazilərimizdə də tətbiq edirik və bu, özünün müsbət nəticələrini verir”, - deyə nazir vurğulayıb.

Seçilən
24
4
azertag.az

5Mənbələr