Bakı, 14 yanvar, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 7 min 800-dən çox şəxsin məşğulluğu təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali üzrə 700-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib.
“Bu gün ölkəmizdə mövcud olan bütün aktiv məşğulluq tədbirlərini işğaldan azad edilmiş ərazilərimizdə də tətbiq edirik və bu, özünün müsbət nəticələrini verir”, - deyə nazir vurğulayıb.