
Fransa İrandakı səfirlik əməkdaşlarının bir hissəsini təhlükəsizlik səbəbləri ilə təxliyə edib.
Missiya.Az xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.
Bildirilib ki, fransalı diplomatlar İranı 11-12 yanvar tarixlərində tərk ediblər.
Qeyd olunub ki, təxliyə edilənlərin dəqiq sayı açıqlanmayıb, ancaq səfirlikdə adətən 30 nəfər çalışır.
Fransa Xarici İşlər Nazirliyi açıqlayıb ki, bu addım zorakılığın kəskin artması və etiraz aksiyalarının təhlükəli xarakteri ilə əlaqədar missiyanın fəaliyyətinin yenidən təşkili məqsədi daşıyır.
Nazirlik əlavə edib ki, səfir və vacib işçilər fransız vətəndaşlarına dəstək vermək üçün Tehranda fəaliyyətlərini davam etdirirlər.
Məlumata görə, təxliyə olunan diplomatlar etirazlar və hakimiyyətin sərt müdaxiləsi fonunda ölkəni tərk ediblər.
Daşqın HəsənovMissiya.Az