Fransa İrandakı səfirlik əməkdaşlarının bir hissəsini təhlükəsizlik səbəbləri ilə təxliyə edib. AFP-nin məlumatına görə, diplomatlar ölkəni 11–12 yanvar tarixlərində tərk ediblər. Təxliyə edilənlərin dəqiq sayı açıqlanmayıb, ancaq səfirlikdə adətən 30 nəfər çalışır.
Fransa Xarici İşlər Nazirliyi açıqlayıb ki, bu addım zorakılığın kəskin artması və etiraz aksiyalarının təhlükəli xarakteri ilə əlaqədar missiyanın fəaliyyətinin yenidən təşkili məqsədi daşıyır. Nazirlik vurğulayıb ki, səfir və vacib işçilər fransız vətəndaşlarına dəstək vermək üçün Tehranda fəaliyyətlərini davam etdirirlər.
Məlumatlara görə, təxliyə olunan diplomatlar etirazlar və hakimiyyətin sərt müdaxiləsi fonunda ölkəni tərk ediblər. Bu addım, İranda internet və rabitənin kəskin şəkildə məhdudlaşdırıldığı bir vaxtda həyata keçirilib.