AZ

Vinisius “Real”ın əfsanələrinin uğurunu təkrarladı

“Real”ın futbolçusu Vinisius Junior Madrid təmsilçisinin sabiq oyunçularının uğurunu təkrarlayıb.

Msport.az xəbər verir ki, 25 yaşlı vinger buna “Barselona”ya uduzduqları (2:3) İspaniya Superkubokunun finalında fərqlənməklə nail olub.

Braziliyalı futbolçu “kral klubu”nun heyətində final qarşılaşmalarında 16 qolun (10 qol, 6 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib. Vinisius bunu 15-ci matçda bacarıb.

Daha əvvəl Kriştianu Ronaldo, Kərim Benzema və Ferents Puşkaş bu uğura imza atıblar.

Seçilən
11
1
msport.az

2Mənbələr