İspaniyanın “Real” komandasının futbolçusu Vinisius Junior Madrid təmsilçisinin sabiq oyunçularının uğurunu təkrarlayıb.
Busaat.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı vinger buna “Barselona”ya uduzduqları (2:3) İspaniya Superkubokunun finalında fərqlənməklə nail olub.
Braziliyalı futbolçu “Kral klubu”nun heyətində final qarşılaşmalarında 16 qolun (10 qol, 6 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib. Vinisius bunu 15-ci matçda bacarıb.
Daha əvvəl Kriştianu Ronaldu, Kərim Benzema və Ferents Puşkaş bu uğura imza atıblar.