Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
“Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.
Qeyd edək ki, milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq çərçivəsində U-21 yığmamız 2 yoxlama oyunu keçirəcək. U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.