AZ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik oldu

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Bildirilib ki, "Səbail"in oyunçusu Emin Rüstəmovun əvəzinə "Qəbələ"nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.
 
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq. Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşacaq.
 
Seçilən
58
13
moderator.az

10Mənbələr