AZ

Fransa klubu Cəfərquliyevə müqavilə təklif edib

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Fransa klubunun maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Sent-Etyen” klubu 25 yaşlı sol cinah oyunçusunu transfer etmək niyyətindədir. Fransa məbuatı yazır ki, Cəfərquliyevin ilin futbolçusu seçilməsi onun Liqa 2 təmsilçisinin transfer siyahısına düşməsinə səbəb olub.

İddiaya görə, “Sent-Etyen” azərbaycanlı futbolçuya 3 illik müqavilə təklif etməyi planlaşdırır. Transfer hələlik rəsmi xarakter daşımır.

Lakin tərəflər arasında razılıq əldə olunarsa, Cəfərquliyev Fransa klubu üçün dərhal fayda verə biləcək müdafiəçi  kimi dəyərləndirilir.

Seçilən
19
idmanxeber.az

1Mənbələr