Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Fransa klubunun maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, “Sent-Etyen” klubu 25 yaşlı sol cinah oyunçusunu transfer etmək niyyətindədir. Fransa məbuatı yazır ki, Cəfərquliyevin ilin futbolçusu seçilməsi onun Liqa 2 təmsilçisinin transfer siyahısına düşməsinə səbəb olub.
İddiaya görə, “Sent-Etyen” azərbaycanlı futbolçuya 3 illik müqavilə təklif etməyi planlaşdırır. Transfer hələlik rəsmi xarakter daşımır.
Lakin tərəflər arasında razılıq əldə olunarsa, Cəfərquliyev Fransa klubu üçün dərhal fayda verə biləcək müdafiəçi kimi dəyərləndirilir.