AZ

ABŞ hücum edərsə, bazalar legitim hədəf olacaq -

İran Məclisinin sədri Məhəmməd Baqır Kalibaf ABŞ-nin İrana qarşı hərbi hücum təşkil edəcəyi təqdirdə İsrail və ABŞ-yə məxsus hərbi obyektlərin legitim hədəf olacağını bildirib.Metbuat.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Kalibaf bu fikirləri parlamentdə deputatlar qarşısında çıxışı zamanı ölkədəki son prosesləri və küçə etirazlarını şərh edərkən səsləndirib. O qeyd edib ki, ABŞ-ın mümkün hərbi müdaxiləsi halında İsrail və ABŞ-ın həm hərbi, həm də dənizçilik mərkəzləri İran üçün qanuni hədəf sayılacaq. Kalibaf ABŞ və İsrailin İranda rejim əleyhinə aksiyaları dəstəklədiyini iddia edərək bildirib: “Düşmənlər 12 günlük müharibə zamanı ölkə daxilində terrorçu qrupları hərəkətə gətirməyi planlaşdırmışdılar, lakin buna nail ola bilmədilər. İndi isə daxili terrorçuları aktivləşdiriblər. Biz terrorçularla mübarizə aparırıq.”Onun çıxışı zamanı bəzi deputatlar ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 9-da verdiyi açıqlamada İranda davam edən etirazları yaxından izlədiklərini bildirərək, İran rəhbərliyinə müraciətlə “Atəş açmasanız, yaxşı olar. Əks halda, biz də atəş açmağa başlayarıq” demişdi.

Seçilən
108
39
metbuat.az

10Mənbələr