AZ

İran parlamentinin sədri Trampı hədələdi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Donald Trampa sərt bəyanatlarla müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o, regionda ABŞ-nin obyektlərinin məhv ediləcəyi ilə hədələyib.

Spiker Vaşinqtonu İrana qarşı “yanlış məlumatlara inanmaqda” ittiham edib.

Qaibaf bildirib ki, Məşhəd şəhərinin süqutu ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. O, dini-rəmzi vurğular edərək İmam Rzanın və İranın müdafiəçilərinin mövcudluğunu önə çəkib.

İran parlamentinin sədri ikinci çıxışında Trampı “xəyalpərəst və təkəbbürlü” adlandıraraq, İran xalqının ABŞ-ni özünə rəqib hesab etdiyini deyib. Qalibaf mərhum general Qasım Süleymaninin sözlərinə istinad edərək, İranın ABŞ ilə qarşıdurmaya hazır olduğunu vurğulayıb.


Telegram kanalımız
Seçilən
113
39
yenisabah.az

10Mənbələr