ain.az bildirir, Unikal.az portalına istinadən.
Xaçmazda 59 yaşlı kişi qatarın vurması nəticəsində ölüb
“Unikal”ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonunun Qaraqurdlu kəndində baş verib.
Dəmir yolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu hərəkətdə olan qatar vurub. O, ağır xəsarətlərlə qardaşı tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.