AZ

59 yaşlı kişini qatar vuraraq öldürdü

Xaçmazda 59 yaşlı kişi qatarın vurması nəticəsində ölüb.
KONKERT.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Qaraqurdlu kəndində baş verib.

Dəmir yolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu hərəkətdə olan qatar vurub. O, ağır xəsarətlərlə qardaşı tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
55
3
konkret.az

4Mənbələr