AZ

ABL: 12-ci tura yekun vurulur

Azərbaycan Basketbol Liqasının 12-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, tura bu gün baş tutacaq bir oyunla yekun vurulacaq.

Günün son qarşılaşmasında A qrupunda yer alan "Abşeron Lions" ilə "Gəncə" üz-üzə gələcək. Görüş “Sərhədçi” İdman Mərkəzində keçiriləcək və saat 15:00-da başlayacaq.

Qeyd edək ki, turun digər görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), "Naxçıvan" "Sumqayıt"ı (97:80), "Sabah" NTD-ni (121:76) və "Neftçi" "Şəki"ni (82:60) üstələyib.

ABL
12-ci tur
11 yanvar

15:00. Abşeron Lions - Gəncə 
Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

A qrupu 

1. Sabah 11 10 1 +241 21 
2. Abşeron Lions 11 10 1 +124 21
3. Neftçi 11 5 6 +61 16
4. Gəncə 10 5 5 -29 15
5. Şəki 12 2 10 -173 14
6. NTD 11 1 10 -224 12

B qrupu

1. Ordu 12 12 0 +229 24
2. Naxçıvan 12 9 3 +41 21
3. Lənkəran 12 4 8 -39 16
4. Quba 12 4 8 -46 16
5. Sərhədçi 12 4 8 -65 16
6. Sumqayıt 12 3 9 -132 15
 

Seçilən
4
1
fanat.az

10Mənbələr