AZ

Azərbaycan Basketbol Liqası: Bu gün 12-ci tura yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura bu gün yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, son oyun günündə bir oyun planlaşdırılıb.

“Sərhədçi” İdman Arenasında “Abşeron Lions” “Gəncə”ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, “Abşeron Lions” A qrupunda 21 xalla ikinci, “Gəncə” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
74
17
bizim.media

10Mənbələr