AZ

ABŞ hərbi təyyarələri Suriyada İŞİD-in 35 hədəfinə zərbə endirib

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyada yerləşənİŞİD terror qruplaşmasının 35 mövqeyinə zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziyakanalı xəbər verib.

Məlumata əsasən, Suriyada terrorçuların hədəflərinə edilənhücumlarda 20-dən çox qırıcı təyyarə iştirak edib. Qeyd olunub ki,ABŞ Hərbi Hava Qüvvələri hədəflərə təxminən 90 yüksək dəqiqliklimərmi atıb.

Qeyd edilib ki, İŞİD-ə qarşı əməliyyatda Amerika qırıcıtəyyarələri ilə yanaşı, Kral İordaniya Hərbi Hava Qüvvələrinəməxsus təyyarələr də iştirak edib.

Seçilən
69
2
az.trend.az

3Mənbələr