ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyada İŞİD terror qruplaşmasının 35 mövqeyinə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, hava əməliyyatında 20-dən çox ABŞ qırıcı təyyarəsi iştirak edib. Terror təşkilatının hədəflərinə təxminən 90 mərmi atılıb.
Terrorçuların itkilərinin səviyyəsi barədə hazırda heç bir məlumat yoxdur.