AZ

Xəstəxana direktoru həkimin kompüterinə dinləmə cihazı yerləşdirib?QALMAQAL/VİDEO

Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Bu iddianı irəli sürən həkim cihazın görüntülərini də "Xəzər Xəbər"ə təqdim edib.

Xezerxeber.az-ın məlumatına görə, həkim-radioloq Ramil Abdullayev iddia edib ki, hadisə onun çalışdığı yerdə, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda baş verib.

Ramil Abdullayevin iddiasıan görə, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva onu yanına çağıraraq bildirib ki, icbari tibbi sığortadan aldığı bonusların yarısını ona versin. Bu tələbdən sonra aralarında problem yaranıb.

2019-cu ildən burada çalışdığını deyən Ramil Abdullayev bildirib ki, dekabrın 24-də institutda İntizam komissiyasının iclası keçirilib. İclasdan sonra isə kabinetinin qarşısında döyülüb.

Radioloqun iddialarına aydınlıq gətirmək üçün institutun direktoru Mətanət Əfəndiyeva ilə əlaqə saxladıq.

Mətanət Əfəndiyeva radioloq Ramil Abdullayevin iddiaları ilə razılaşmadığını qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
1
xezerxeber.az

2Mənbələr